Lukaşenko Putindən kömək istədi

Belarus prezidenti Aleksandr Lukaşenko Müdafiə Nazirliyinin Strateji idarəetmə Mərkəzində keçirilən iclas zamanı bildirib ki, Rusiya prezidenti Vladimir Putin ehtiyac yaranacağı təqdirdə kömək göstərəcəyi haqqında razılığa gəlib.
Bu barədə “Sputnik Belarus” məlumat yayıb.
Lukaşenko fikrini belə əsaslandırıb:
“Hərbi vəziyyət haqqında söhbət gedərsə, bizim Rusiya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində razılığımız var. Məhz bu məqamlar o razılaşmaya uyğundur. Ona görə də bu gün Rusiya prezidenti ilə vəziyyət barədə uzun və ətraflı söhbətim oldu. Deməliyəm ki, o məni təəccübləndirdi – baş verənlər haqqında tamamilə məlumatlıdır”.