Elnur Allahverdiyev: "Paşinyanın qətliamlara görə üzr istəyəcəyi gün gəlib çatacaq" 


“Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə BBC-nin “Çətin söhbət” proqramında çətin vəziyyətə düşüb”.

“Sherg.az”ın xəbərinə görə, bunu deputat Elnur Allahverdiyev feysbuk profilində yazıb.

E.Allahverdiyev bildirib ki, aparıcının iti məntiqi qarşısında Ermənistan lideri Nikol Paşinyan acizliyini gizlədə bilməyib:

“Aparıcının iti məntiqi qarşısında acizliyini gizlədə bilməyən Ermənistan lideri "Törətdiyiniz əməllərə görə Azərbaycandan üzr istəyəcəksinizmi?" sualından uğursuz şəkildə yayınmağa çalışıb. Təbii ki, bacarmayıb. Ermənistanın törətdiyi qətliamlara görə üzr istəyəcəyi gün gəlib çatacaq, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, üçrəngli Azərbaycan bayrağı bütün işğal olunan torpaqlarımızda dalğalanacaq!”