"Paşinyan aparıcının bir çox sualları qarşısında çox aciz qaldı" - Könül Nurullayeva

“Ermənistan Baş naziri Nikol Paşinyan BBC kanalının "Hardtalk" verilişində çıxılmaz vəziyyətə düşüb”.

“Sherg.az”ın verdiyi məlumata görə, bunu deputat Könül Nurullayeva şəxsi sosial şəbəkə profilində yazıb.

Onun sözlərinə görə, Ermənistan lideri Nikol Paşinyan aparıcının bir çox sualları qarşısında çox aciz qalıb:

“Aparıcının bir çox sualları qarşısında verdiyi cavablarla aciz duruma düşən Paşinyan tənqid atəşinə tutulub. Aparıcı Stiven Sakurun “Sizin apardığınız siyasət sülhə nail olmaq məqsədi daşımır”, “Sizin Stepanakertə gedərək Dağlıq Qarabağ Ermənistandır və nöqtə - bəyanatı verməyiniz Azərbaycana qarşı təxribatdır”, “Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən cinayətlərə görə üzr istəməyə hazırsınızmı?” və s. fikir və suallarından Paşinyan qeyri-ciddi cavablar səsləndirərək yayınmağa çalışıb”.