İşğalçı ermənilər bilsin ! “Qondarma strukturlar məhv ediləcək!”

“İşğal olunmuş torpaqlar Azərbaycanındır”

“Dağlıq Qarabağ torpaqlarında formalaşdırılacaq bütün dövlət strukturlarının harada yerləşəcəyinə özümüz qərar verəcəyik”



“Ermənilər bilirlər ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və gec-tez öz torpaqlarını azad edəcək”.
Bu barədə “Sherg.az”a millət vəkili Azər Badamov deyib. 
Deputat bildirib ki, qondarma rejimin “strukturlarının” Xankəndindən Şuşaya köçürələcəyi haqda məlumatların məhz Şuşanın əsasının qoyulmasının 270 illiyi ərəfəsində yayılması ermənilərin növbəti təxribatıdır: 



“Bu təxribatlar danışıqlar yolu ilə münaqişənin həll edilməsi məsələsini heçə endirir. Bunu dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq və ermənilərin niyyətinin danışıqlar prosesindən yayınmaq olduğunu göstərməliyik.

Parelel olaraq ordumuzu daha da gücləndirməliyik və öz gücümüzlə işğala son qoymağa hazır olmalıyıq. Düşmən zaman-zaman belə təxribatlara əl atmaqla bizdə qıcıq yaratmaq istəyir.

İşğalçı ermənilər bilməlidirlər ki, qondarma strukturların harada olmağından asılı olmayaraq hamısı məhv ediləcək. İşğal olunmuş torpaqlar Azərbaycanındır.

Gələcəkdə Dağlıq Qarabağ torpaqlarında formalaşdırılacaq bütün dövlət strukturlarının harada yerləşəcəyinə özümüz qərar verəcəyik. Bu reallığı işğalçıların özləri də yaxşı bilir”.