Tramp Putinlə niyə görüşmək istəyir? – AKTUAL

“ABŞ prezidenti “böyük yeddiliyə” daxil olan ölkə rəhbərlərinin hər biri ilə danışmalıdır”

“Putin də onlardan biridir. Bununla yanaşı, əlbəttə, görüşdə regional və qlobal məsələlər də müzakirə olunacaq”

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istəyir. Tramp niyyətinin noyabrda baş tutacaq seçkilərdən əvvəl reallaşmasını arzulayır. Məlumata görə, prezidentlərin strateji hücum silahlarının gələcəkdə də azaldılması və məhdudlaşdırılması ilə bağlı tədbirlər haqqında müqaviləyə dair bəyanat verəcəyi gözlənilir.

Hələlik dünya liderlərinin harada və nə zaman görüşəcəyi məlum deyil.



Trampın bu diləyini “Sherg.az”a şərh eədn politoloq Tofiq Abbasov bunu normal hesab etdiyini deyib: 

“Şübhəsiz ki, Trampın Putinlə görüşməkdə əsas məqsədi seçki öncəsi təbliğat aparmaqdır. ABŞ prezidenti “böyük yeddiliyə” daxil olan ölkə rəhbərlərinin hər biri ilə danışmalıdır.

Putin də onlardan biridir. Bununla yanaşı, əlbəttə, görüşdə regional və qlobal məsələlər də müzakirə olunacaq. Demokratların Trampın bu təşəbbüsünü mənfi qarşılamalarını indidən təxmin etmək mümkündür. Çünki Amerikada Rusiyaya münasibət heç vaxt birmənalı olmayıb”.