Müğənnilərin əyləncə dəqiqələri...

Paylaşmalar bir-birindən maraqlıdır

Keçdiyimiz çətin, bir o qədər də stresli günlərdə neqativlikdən  uzaqlaşıb, beynimizi, ruhumuzu dinləndirmək üçün  əlavə əyləncələrə ehtiyac duyuruq. Elə  bu səbəbdən də kimisi öz hobbiləri ilə məşğul olur, kimisi də  texnologiyalar əsrinin imkanlarından yararlanır. Yəni   asudə vaxtlarını sosial şəbəkə platformalarında dəyərləndirənlər az deyil. Şou-biznesin tanınan simaları da internet aləminə üz tutanlar sırasındadır.  

“Sherg.az” bu amili nəzərə alaraq “İnstaqramdan incilər” rubrikasını davam etdirərək oxucuları üçün tanınmışların paylaşımlarını təqdim edir.
 Estradamızın divası, Xalq artisti Aygün Kazımova qızı İlqarənin tanınmış müğənni, “O səs Türkiyə” mahnı müsabiqəsinin qalibi Elnur  Hüseynovla duet mahnısını paylaşıb.

 Tanınmış rejissor  Kənan M.M. Türkiyədə rol aldığı  “Savaşçı” serialından   aktyor dostu Doğan Bayraktarla  şəklinə “Çirkinlər” yazaraq instaqramın hekayə bölməsində yerləşdirib.

Əməkdar artist Aybəniz Hşımova isə balaca şagirdinə  doğum günü münasibətilə ürək sözlərini yazıb.

Sevilən müğənni Gülay Zeynallı  özünün və qızı Sahilənin yer aldığı qısa videonu izləyiciləri ilə bölüşüb.

Tanınmış şairə, aparıcı Nazilə Səfərli dəyərli sənətkar Zöhrə Abdullayeva, Aşıq Samirə  və Aşıq Əli ilə şəklini “Şəkildə neçə nəfər var” sualı ilə paylaşıb.