“Ermənistan təlaş keçirir" – Dəstəkləri zəifləyib !

“İndi nə Qərb, nə də Rusiya Ermənistana lazımi köməkliyi göstərir”

“Tək başına qaldığını görən düşmən müvafiq addımlar atır”

“Biz isə müharibəyə başlamaqla düşmənin bütün planlarını alt-üst etməliyik”



İşğalçı Ermənistan ordusunun Baş Qərargah rəisi Onik Qasparyan Qarabağın işğal altındakı Xocavənd rayonu istiqamətinə gəlib. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Bildirilib ki, o, cəbhə xəttində görülən mühəndis-istehkam işləri ilə tanış olub. Düşmənin təmas xəttində gərginlik yaradacağı istisna deyil. 



“Qarabağ” Azadlıq Təşkilatının sədri Akif  Nağı bu barədə “Sherg.az”a danışarkən Baş Qərargah rəisinin cəbhə xəttinə gəlişini təsadüfi hesab etmədiyini deyib: 

“Onik Qasparyan müntəzəm olaraq cəbhə xəttinə gəlir və buradakı hazırlıq işləri ilə tanış olur. Onlar bilirlər ki, Azərbaycan müharibəyə başlayacaq. Ona görə də narahatdırlar. Biz buna dırnaqarası yanaşa bilmərik.

Onik Qasparyanın cəbhə xəttinə gəlməsi xəbəri təbliğat xarakterli deyil, həqiqətdir. Dediyim kimi, ermənilər qorxurlar. Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri, həmçinin dəstəklərinin zəifləməsinə görə Ermənistan təlaş keçirir.

İndi nə Qərb, nə də Rusiya Ermənistana lazımi köməkliyi göstərir. Tək başına qaldığını görən düşmən müvafiq addımlar atır. Biz isə müharibəyə başlamaqla düşmənin bütün planlarını alt-üst etməliyik”.