Professordan müjdə:"Virusun dövriliyi dekabrda yekunlaşmalıdır”

“Yoluxmada artım olduğuna görə, virus sadəcə 8-9 ay çəkəcək”

“Xəstəliyin dövriliyinin 1 ildən çox olması təbiət hallarına ziddir”


Türkiyədə koronavirusa qarşı 13 fərqli vaksinin hazırlanması üzrə işlər aparılır. Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
O qeyd edib ki, Türkiyə 13 vaksinin hazırlanması üzrə işlər davam etdirilir:
“Vaksinlərdən üçünün heyvanlar üzərində sınağı başa çatıb”.

Bəs, vaksinlərin tətbiqi işə yarayacaqmı?



Sualımızı cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a söyləyib ki, bunlar qrip vaksinlərinin bir növü olacaq.
Professorun qənaətincə, koronavirusun dövriliyi 1 ildən çox ola bilməz:

“Yoluxmada artım olduğuna görə, virus sadəcə 8-9 ay çəkəcək. Xəstəliyin dövriliyinin 1 ildən çox olması təbiət hallarına ziddir. Bu baxımdan koronavirusun dövriliyi dekabr ayında tam yekunlaşmalıdır.

Belə olan halda vaksinasiya nə vaxt ortaya çıxacağı və insanlar üzərində tədqiqatlara keçəcəyi xeyli suallar doğurur. Ona görə də bu vaksinlərə ciddi yanaşmıram. Amma vaksinlər təyinatı üzrə istehsal edilə bilər.

Ayrı-ayrı firmalar maraqlıdır ki, vaksinləri istehsal edib, müəyyən qazanc götürsünlər. Lakin əsas məsələ budur ki, vaksinlər sadəcə illuziyadır. Onların effektivliyinə inamım yoxdur”.