İslam qadağan edir: “Xəstəlik zamanı kütləvi toplaşmalara icazə verilmir”

“Aşura günü ilə əlaqədar bəziləri kütləvi toplaşmaq istəyir, amma bu, yolverilməzdir”

“Belə təhlükəli düşmənə mərsiyə oxumaqla yox, birliklə, hövsələ ilə qalib gəlmək mümlündür”


Koronavirus pandemiyası ilə əlaqədər Məhərrəmlik ayı və Aşura bu il olduqca təhlükəli bir vaxta təsadüf etdi. Odur ki, hər birimiz diqqətli olmalı, kütləvi toplaşmamalıyıq. Kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyəti yenidən pisləşdirə bilər. Nəticədə karantin rejiminin daha da uzadılması və yenidən sərtləşməsi məsələsi gündəmə gələ bilər.

 İlahiyyatçı Əkrəm Həsənov bu barədə “Sherg.az”a danışarkən indiki məqamda dini ritualların həyata keçirilməsinin doğru olmadığını deyib:

 “Koronavirus xəstəliyi, həqiqətən, var və kifayət qədər təhlükəlidir. Aşura günü ilə əlaqədar bəzi adamlar kütləvi toplaşmaq istəyir, amma bu, yolverilməzdir. Hətta İslam dini də bunu qadağan edir.

Peyğəmbərimiz xəstəlik zamanı kütləvi toplaşmalara icazə verməyib. Yəni müvəqqəti çətinliyə dözməli, səbr etməliyik. Koronavirus bütün bəşəriyyəti sınağa çəkir.

Allaha inanan və həyatın mübarizədən ibarət olduğunu anlayan şəxs bilir ki, belə təhlükəli bir düşmənə mərsiyə oxumaqla yox, birliklə, hövsələ ilə qalib gəlmək mümlündür.

Elə adam var ki, “mən ölməkdən qorxmuram” deyir. Əlbəttə, söhbət ölməkdən getmir. Məsələ kütləvi yoluxmanın qarşısını almaqdır”.