İDDİA: ““Lotu Quli”nin öldürülməsi Rusiyaya sərf edir” – Rus və erməni “əli”...

“Çünki Rusiya bazarlarındakı azərbaycanlıları ram etmək asanlaşacaq” 

““Lotu Quli” Antalyada oturub Rusiyadan “töycü” alırdı”


Dünən gecə saatlarında Antalyada qətlə yetirilən “Lotu Quli”nin ölümü ilə bağlı şok bir detal diqqəti cəlb edir. Qulinin mərhum qanuni oğru Rövşən Lənkəranskinin qətlinin (18 avqust 2016-cı) ildönümündən bir gün sonra öldürülməsi bu hadisənin Rövşənin qisası olması haqda fikir yaradıb. Mərhum qanuni oğru Rövşən Lənkəranski 2016-cı il avqustun 18-də İstanbulda öldürülmüşdü.


Kriminal aləmdə “Lotu Quli” ilə Rövşən Lənkəranskinin əzəli rəqib olduğu deyilirdi. Azərbaycanlı avtoritetə təşkil edilən sui-qəsd özü ilə birlikdə xeyli sualı meydana çıxarıb.

Odur ki, “Sherg.az”olaraq məsələyə aydınlıq gətirməkdən ötrü politoloq Qabil Hüseynlinin fikirlərini öyrəndik.
O, bu hadisədə Rusiya və Ermənistan tərəfinin əli olduğunu da istisna etmir:
"Su səhəngi su yolunda qırıldı. Nə deyim, Allah rəhmət eləsin. Düzdür, “Lotu Quli”ni dostu öldürüb. Ancaq hadisə şimal qonşumuza da sərf edir.Çünki Rusiya bazarlarındakı azərbaycanlıları ram etmək asanlaşacaq. “Lotu Quli” Antalyada oturub Rusiyadan “töycü” alırdı. Bundan sonra vergi yığanlardan biri azalacaq, ya da “vor” aləminin növbəti nümayəndəsi “peyda olacaq”. Hər halda etiraf etməliyik ki, Rusiya bazarlarında düşməndən çox özümüz özümüz incidirik. Bəlkə də, bundan sonra ədavətə son qoyular və qərib ölkədəki soydaşlarımız bir-birilərini incitməzlər”.