Klip gəlir

Mirələm Mirələmov heyranlarını sevindirib

Aylardır koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimində yaşayırıq. Bunun nəticəsində ictimaiyyətin bütün sahələrində, eləcə də mədəniyyət sektorunda durğunluq müşahidə olunur. Nə tədbirlər var, nə də klip çəkilir. Elə bu  sükutun hökm etdiyi bir dövrdə  tanınmış muğam ifaçısı Mirələm Mirələmov heyranlarını sevindirib.
“Sherg.az” xəbər verir ki, sənətçi yeni klipin hazırlığında olduğunu rəsmi instaqram səhifəsindən eşitdirib. O çəkiliş meydançasından şəkillər paylaşaraq bunları yazıb:
“İnşallah kliplə bərabər yeni iş gəlir.”