Millət vəkilindən sərt mövqe: “...Heç kim qanundan üstün deyil”

"Karantin rejiminin tələblərini pozaraq toy və yas mərasimləri keçirən istənilən, xüsusən vəzifəli şəxslərin hərəkətləri qətiyyən qəbul edilə bilməz və onlar qanun qarşısında cavab verməlidirlər".

Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.

Deputat vurğulayıb ki, dövlətimizin qanunları qarşısında hamı bərabərdir və heç kim qanundan üstün deyil:

"Sərt qanuni ölçülər götürülməsə, dövlət siyasətinin üstünə kölgə düşər, xalq və dövlət hakimiyyəti arasında olan bağlar zəifləyər. Xalqın dövlət hakimiyyətinə olan inamını bilərəkdən və ya bilməyərəkdən  sarsıtmaq cəhdlərinin qarşısı qəti şəkildə alınmalıdır.

Burada mövqe birmənalı, konkret və aydın olmalıdır”.