Dini ayini məsciddə icra etmək istəyənlərə : "Təhlükəni düşünün !"

“Amma bütün dünyada pandemiya ilə əlaqədar mürəkkəb vəziyyət var”

“Əsas olan xalqımızın sağlamlığıdır. Dövlət bu istiqamətdə mühüm işlər görür”

"Bu baxımdan dövlətimizin ətrafında birləşib qaydalara əməl etmək vacibdir” 



Bu il Məhərrəmlik ayı və Aşura dünyanın qarşılaşdığı çətin sınaq dövrünə- koronavirusla bağlı yaranmış təhlükəli və riskli şəraitə təsadüf edir. Bütün dünyada, o cümlədən Azərbaycanda kütləvi tədbirlər qadağan olunub. Xalqımızın sağlamlığı naminə məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda dini mərasimlər keçirilməyəcək. Bütün möminlər bunu anlayışla və həmrəyliklə qarşılayır.

Lakin bu hal bəzi vətəndaşların narazılığa səbəb olur. Dini ayini yerinə yetirmək istəyən şəxslər yoluxma təhlükəsini düşünmürlər. Ona görə də verilən qərarlarla razılaşmaq istəmirlər.

Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) fətva şöbəsinin əməkdaşı Ağa Səid Yaqubov “Sherg.az”a bildirin ki, ölkəmizdə bir neçə iaşə obyektlərinin fəaliyyətinə iacə verilib. Nəticədə ora gedən müştərilər bu mənzərəni gördükdə inanclarına uyğun olaraq etirazlar edirlər.

QMİ əməkdaşının sözlərinə görə, həmin şəxslər düşünürlər ki, məscidlər də əhalinin toplaşdığı yerdir, orada dini ayinlərimizi icra etməliyik:

“Məhz həmin insanlar bu gün dini ayinlərin keçirilməməsinə etiraz edirlər. İnsanlar Operativ Qərargahın tətbiq etdiyi qaydaları digər sahələrdə də pozurdular. Bu zamanistər-istəməz inanclı insanlar da istəyirlər ki, qanun pozuntusuna yol verib məscidə gəlsinlər. Lakin bu düzgün deyil”.

İlahiyyatçının sözlərinə görə, QMİ-nin yetkili şəxsləri və səlahiyyətli nümayənləri, məscidlərlə çalışan imamlar çağırışlara əməl edir və dövlətimizin ətrafında birləşirlər:

“Etiraz edənlər tez-tez məscidlərə üz tutan inanclı insanlardır. Onlar İmam Hüseynin şərəfinə təşkil edilən məclislərdə mütəmadi iştirak ediblər. Hər il Məhərrəm ayında və başqa zamanlarda məscidlərə gəliblər. Həmin insanlar bu gün etiraz formasında məscidlərin bağlı olmasından sitat gətirirlər. İstəyirlər ki, hər hansı bir yerdə şərait yaradılsın və dini tədbirlər keçirilsin. Həmin insanlar inanclı kəsim olan kütlədir. Bu kütlənin içində xalqın bütün təbəqələri-gənc və qocalar var. Amma bütün dünyada pandemiya ilə əlaqədar təhlükəli vəziyyət var. Əsas olan xalqımızın sağlamlığıdır. Dövlət bu istiqamətdə mühüm işlər görür. Bu baxımdan dövlətimizin ətrafında birləşib qaydalara əməl etmək vacibdir”.