"Onlar cəmiyyətə nümunə olmağa borclu idilər" - CƏZALAR ƏDALƏTLİDİR

"AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin karantin rejiminin tələblərini və qaydalarını kobud şəkildə pozaraq qızına toy etməsi cəmiyyəti narahat etməyə bilməzdi".

Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Ehtiram Mehdiyev deyib.

Onun sözlərinə görə,  pandemiya və  həssas bir dövrdə  toy -  bayram etmək yolverilməzdir: " Çox təəssüflər ki hüquqi və mənəvi qaydaları pozub həmin toyda iştirak edən  dövlət rəsmiləri arasında özlərinə haqq qazandıranları da oldu. Halbuki o  adamlar özlərinin hərəkət və davranışları ilə cəmiyyətə nümunə olmağa borclu idilər".
 Bununla belə E. Mehdiyevin sözlərinə görə, qanunu pozanların dərhal cəzalandırılması sıravi vətəndaşlarda dövlətə olan inam və etimadı daha da artırdı:
"Buna görə dövlət başçısına təşəkkür edirik. Bəli, biz həmişə  qanunun aliliyini və ədalətin bərqərar olmasını istəmişik. Qanun hər kəs üçün eyni olmalıdır. Bu gün cəmiyyət  bir daha əmin oldu ki, dövlətin qanunlarına qarşı çıxanlar kimliyindən asılı olmayaraq sərt şəkildə cəzalandırılacaq".