Hüseyin Altınalan: Fizuli və Cəbrayıl rayonlarının işğalı bizim 27 ildir sağalmayan yaramızdır

"Fizuli və Cəbrayıl rayonlarının işğalı bizim 27 ildir sağalmayan yaramızdır".

 "Sherg.az" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan deyib.
O qeyd edib:

"Qızıl ordunun dəstəyi ilə bölgələri işğal edən erməni silahlılarının törətdiyi qətliyamlar qarşısında torpaqlarını tərk etməyə məcbur qalan on minlərcə azərbaycanlı qardaşlarımızın evlərinə qayıtması və Qarabağ işğalının sona yetməsi üçün, beynəlxalq qüvvələr başda ATƏT-in Minsk qrupu olmaqla lazım olan addımları atmalıdırlar".