Rusiyanın Müdafiə naziri Bakıya işgüzar səfərə gələcək - YENİLƏNİB

Rusiyanın Müdafiə naziri Bakıya işgüzar səfərə gələcək.

Sherg.az-ın  Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu avqustun 25-də Bakıya işgüzar səfərə gələcək.

***

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edəcək.

Rusiyadakı hərbi mənbələrdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Rusiya Müdafiə naziri Azərbaycanda keçiriləcək Dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək. 

Rusiya Müdafiə nazirinin Azərbaycana səfərinin avqustun 24-də baş tutacağı gözlənilir.