HİDDƏT! - “Ölkəmizdəki erməni əsirlər yağ-bal içindədir, bizimkilər isə...”

"...Ermənistanda  çox pis və dözülməz şəraitdə qalırlar”

“Azərbaycanda erməni diversantlarının saxlanma şəraitini görəndə  özümə nifrət edirəm”

“Biz isə erməni əsrlərini buraxırıq, sonra gedib Ermənistanda deyirlər ki, “Azərbaycanda mənə işgəncə verirdilər””

“Bununla barışa bilmirəm. Atama verilən işgəncələrin 5-10 faizi erməni diversantlarına verilsin”



 Artıq 6 ildir, Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Dövlətimiz girovların azad edilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlayır. Soydaşlarımızın azad olunması üçün zəruri tədbirlər görülür.

Girovların tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və aidiyyəti beynəlxalq təşkilatlar Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidirlər. Amma bu məsələ 6 ildir, həllini tapmır.



Girovların son durumunu öyrənmək üçün ailə üzvləri ilə əlaqə saxladıq. Şahbaz Quliyevin bacısı İradə Quliyeva“Sherg.az”a bildirib ki, qardaşından sonuncu dəfə 10 gün öncə məktub gəlib:

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) məktub aldığını dedi. Məktubda vəziyyətinin yaxşı olduğunu yazıb. Heç bir narahatlığı yoxdur. Bizə deyir ki, özünüzü xətəlikdən qoruyun”.



Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib ki, BQXK sonuncu dəfə aprelin 20-də atasından məktub gətirib:

“O vaxtdan bəri atamdan heç bir məktub gəlməyib. Komitə tərəfindən mütəmadi baş çəkmələr olsa da, təəsssüf ki, yeni bir məktub yoxdur. BQXK artıq 4 ilə yaxındır ki, atamdan nə şəkil, nə video görüntü əldə edib, bizə göstərib. İşğalçı Ermənistan həmişə dövlətmizə qarşı təxribatçı addımlar atmaqda davam edir. Dünən də Goranboyda təxribat törətmək istəyərkən diversiya qrupunun rəhbəri Qurgin Alberyan girov götürülüb. Ümid edirəm ki, belə diversiya qruplarının girov götürülməsi atamla dostu Şahbaz Quliyevin “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsinə müsbət təsir göstərə bilər. İnanıram ki, gec-tez bu dəyişdirilmə baş tutacaq”. 

K.Əsgərovun sözlərinə görə, atası 7 ilə yaxın müddətdə girovluqda davamlı işgəncələrə məruz qalıb:

“Azərbaycanda erməni diversantlarının saxlanma şəraitini görəndə isə özümə nifrət edirəm. Çünki erməni əsirləri ölkəmizdə yağ-bal içində saxlanılır.                                                                                                                                                                                                                                                     
Biz isə erməni əsrlərini buraxırıq, sonra gedib Ermənistanda deyirlər ki, “Azərbaycanda mənə işgəncə verirdilər”. Amma acı reallıq budur ki, bizim girovlar pis və dözülməz şəraitdə qalırlar. Ölkəmizdə erməni girovlarını himayə edən bəzi qüvvələr var. Bununla barışa bilmirəm. Ən azından 7 ilə yaxın müddətdə atama verilən işgəncələrin 5-10 faizi erməni diversantlarına verilsin. Biz də görək ki, onlar da işgəncəyə məruz qaldılar”.