"Amerikanı heç sevə bilmədim"

Nura Suri: "Ancaq oğullarımın ikisi də orda yaşayır"

"Heyif ki, indi həyatımızın, arzularımızın kontrolu öz əlimizdə deyil. Sabah nə olacaq bilmirik"


“Ən çox London üçün darıxmışam. İlk dəfə orda  həyat yoldaşımla  1998-ci ildə olmuşam. Yağışlı və tutqun havasını heç sevməmişdim. Amma şəhər özü maqnit misalı cəlbedicidir. İstanbul kimi...”

“Sherg.az” xəbər verir ki, bu sözləri rəsmi feysbuk səhifəsində tanınmış müğənni Nura  Suri yazıb. O, şəxsi həyatı ilə bağlı maraqlı məlumatlar verib:
“Böyük oğlum orda təhsil alacaqdı.

Hələ övladım olmazdan əvvəl arzu etmişdim. Həmişə övladlarım oğlan olacaq (qız istəmirdim, çünki qadın olmaq heç asan deyil) və Avropada təhsil alacaqlar deyirdim. 


Belə danışanda rəfiqələrim qəribə baxırdılar.  Nə demişdimsə, necə istəmişdimsə, elə də  reallaşdı. Oğlumun 5 yaşı var idi, 2000-ci ildə xarici məktəbə imtahan verib daxil oldu (Oxford məktəbi).

Ordan məzun olduqdan sonra  İngiltərənin ən yaxşı 6 universitetinə qəbul olundu. Ən yaxşısını məsləhətləşib seçdik. 16 yaşında onu başqa ölkəyə təhsil almağa göndərdim.  Mənim üçün ağır oldu. Amma bir ana kimi   arzum idi.  Tək yaşamağı, öz ayaqları üstə durmağı bacarmalıydı.

Şükür, bacardı da.  Londonu  oğlum orda yaşayanda sevdim. 5 il orda qaldı. Ortancıl oğlum da eyni məktəbdə təhsil alırdı, onun da Londonu seçəcəyinə əmin idim. Amma olmadı. Onu həm də yay məktəbinə göndərdim, qardaşı nəzarət edəcəkdi.

Getdi-gəldi ki,  Amerikada təhsil alacam, ora mənlik deyil. Məyus idim, amma "necə istəyirsən, elə olsun" dedim. İmtahan verdi, ən yaxşı universitetə qəbul oldu“.

Sənətçi həmçinin qeyd edib ki, böyük oğlu da Amerikaya köçərək, orda işləməyə başlayıb: “İndi hər ikisi orada yaşayırlar. Amerikanı heç sevə bilmədim. Bir dəfə 1999-cu ildə getdim, sonra istəmədim.

Kiçik oğlumla fevralda 1 illik viza aldıq, Novruz bayramını qardaşları ilə Amerikada qeyd edəcəkdi, alınmadı,  pandemiyaya görə gedə bilmədik. İngiltərəyə isə 5 illik vizam var.

Orda ailəvi dostlarımız yaşayır. Bu vaxtlar oralar çox gözəl olur. Payızı orda daha çox sevirəm. Payız orda çox gözəl olur. Payızın gəlişini Londonda qarşılamağın başqa həzzi var.

Heyif ki, indi həyatımızın, arzularımızın kontrolu öz əlimizdə deyil. Sabah nə olacaq bilmirik. Heç evimizdən istədiyimiz vaxt çıxa biləcəyimiz də məlum deyil. Övladlarımla nə vaxt görüşə biləcəyimi də bilmirəm”.