Düşmən özünü ifşa etdi: “İşğalçı mahiyyətini ortaya qoydu”

“Kəşfiyyat qrupu komandirinin nəinki əsir götürülməsi, hətta aşkar edilməsi  ordunun hazırlığının sıfır səviyyədə olduğunu göstərir” 

“İnanıram ki, biz hərbi hazırlığımızı daha geniş əməliyyatlarla dünyaya sübut edəcəyik”



Xəbər verdiyimiz kimi, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələrinin gördüyü qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant, 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan əsir götürülüb. 
 
 Erməni komandirin əsir götürülməsi barədə “Sherg.az”a danışan Qarabağ qazisi Kamil Musavi bunu düşmənin özünü ifşa etməsi kimi qiymətləndirib:
 
“Kəşfiyyat qrupu komandirinin nəinki əsir götürülməsi, hətta aşkar edilməsi  ordunun hazırlığının sıfır səviyyədə olduğunu göstərir. 
Üstəgəl, ermənilər daim təxribat törətdiklərini, işğalçı mahiyyətlərini ortaya oydular.

Halbuki özlərini dünyaya başqa cür-sülpərvər təqdim edirlər. Azərbaycanı təqsirkar kimi göstərirlər. İkinci bir tərəfdən isə bu, ordumuzun ayıq-sayıqlığının və mübarizliyinin nümunəsi idi.

İnanıram ki, biz hərbi hazırlığımızı daha geniş əməliyyatlarla dünyaya sübut edəcəyik”.