Zaur xəstəxanaya düşdü

"Heç vaxt öz dərdimi deməmişəm"

Bu gün tanınmış aparıcı Zaur  Baxşəliyev  sevənlərinin narahatçılığına səbəb olan paylaşım edib. 
“Sherg.az” xəbər verir ki, aparıcı xəstəxanadan şəklini paylaşaraq bunları yazıb:

“Heç vaxt öz dərdimi deməmişəm! Heç vaxt da deməyəcəm! Qoy, o məndə qalsın. Əsas siz yaxşı olun. Allah hər kəsə şəfa versin! Biz də onların içərisində. Şükür, hər şey  yolundadır”.
 
Z.Baxşəliyevin bu fotosuna sənət adamları, izləyiciləri rəy bildirərək, aparıcıya şəfa arzulayıb.