Deputat dindarlara SƏSLƏNDİ: “Sağlamlıqdan vacib heç nə yoxdur”

“Fikrimcə, onlar mövcud vəziyyəti başa düşəcəklər”

“Aşura ilə bağlı qanvermə aksiyası həyata keçirilir. Bu, çox yaxşı təşəbbüsdür”


Kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyəti yenidən pisləşdirə bilər. Nəticədə karantin rejiminin daha da uzadılması və yenidən sərtləşməsi məsələsi gündəmə gələ bilər.

 Bu haqda “Sherg.az”a fikirlərini bildirən millət vəkili Fazil Mustafa dindarların müvəqqəti çətinliyi anlayışla qarşılayacağını düşünür: 

“Diqqət edirsinizsə, insanlar cümə namazı üçün məscidlərə gedə bilmirlər. Deməli, sağlamlıqdan vacib heç nə yoxdur. Fikrimcə, dindarlar mövcud vəziyyəti başa düşəcəklər. Qeyd edim ki, Aşura ilə bağlı qanvermə aksiyası həyata keçirilir. Bu, çox yaxşı təşəbbüsdür. İnsanların müqəddəs borclarını yerinə yetirmələrinə və həm də bir növ ibadət etmələrinə şərait yaranır. Odur ki, kiminsə narazı qalacağına inanmıram. Əksinə, hər kəs qaydalara əməl etməkdə faydalıdır.