Səsli-küylü kitab gəlir

Rəfiqəsi Melanyanın bütün sirlərini açdı


ABŞ-ın birinci xanımı Melanya Trampın rəfiqəsi Cordan onun haqqında kitab yazaraq xanımı ictimaiyyət qarşısında biabır edib. Belə ki,  illərdir ki, ən gizli sirlərini bölüşdüyü, hətta bir müddət birlikdə işlədiyi birinci xanımın rəfiqəsi kitabında onunla 15 ildə paylaşdığı bütün sirlərini, habelə gizli səs yazılarındakı danışıqları da qələmə alıb. İşdən çıxarıldıqdan sonra ürəyi soyumayan Cordan kitabında dünyanın ən çox danışılan cütlüyün evliliyinin bir çox təfərrüatlarını da qeyd edib.

Gələn həftə işıq üzü görəcək kitabda Melanya oğlu Barron Trampın da digər üç uşaqla miras məsələlərində bərabər bölünəcəyinə dair Trampdan yazılı dəlil istədiyi yazılıb. Kitabdakı başqa bir gizli detalda isə birinci xanım Barronun maddi hüquqlarını yaxşılaşdırmaq üçün 2017-ci ildə Donald Trampla evlilik müqaviləsini yenilədiyi əks olunub. Kitabda yazılanlara görə, Melanyanın Ağ Evə gec köçməsinin əsas səbəbi məhz budur. Bu müddətdə yenilənən nikah müqaviləsi Barronun ailə işindən kənarda qalmamasını təmin edir. Kitabın müəllifi Cordan keçmiş rəfiqəsini diqqət mərkəzində olan, amansız və iddialı kimi təsvir edir: "Melanya lazım olduqda həyatının yeni fəslinə keçmək üçün Milandan Nyu-Yorka gedərkən yoldaşlarını geridə qoymaqdan çəkinmir. O, bir fürsət taparsa, bunun üçün çox səy göstərir. Sonra irəliləyir və heç geri baxmır".

Melanyanın yaxınlarından olan Stefani Qrişam kitabda yazıların həqiqi olmadığını deyib. O bunun xanım Tramp haqqında yazılan yanlış məlumat və uydurma olduğunu bildirib.

Qeyd edək ki, Donald Tramp və həyat yoldaşı Melanya ilə münasibətləri hər zaman diqqət mərkəzində olub. M.Trampın mətbuat qarşısında heç vaxt gülümsəməməsi, cütlüyün əl-ələ tutmaması hər zaman dünya ictimaiyyətində mübahisələrə səbəb olub. Cütlüyün kameralar qarşısındakı son görüntüsü də ikisi arasında gərginliyin olduğunu açıq-aşkar şəkildə göstərib.