Ermənistanın "könüllü ordu" oyunu: “Əsgərliyə göndərmək üçün adam tapılmır”

“Ermənistan ordusunda özbaşınalıq hökm sürür, yerli əhali öz uşaqlarını ölümə göndərməkdən imtina edir, ordudan qaçırır

“Adlarını “könüllü” qoyduğu adamları hətta muzdlular əvəz edə bilər. Bu variant da istisna deyil"



"Ermənistanda başladılan "könüllü ordu" oyununun bir çox səbəbləri var".

Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi, "Milli.az" saytının baş redaktoru Anar İmanov deyib.

Politoloq bildirib ki, hazırda Ermənistanda demoqrafik problem yaşanır:

"Kasıb Ermənistanda heç kim yaşamaq istəmir. Əhali xarici dövlətlərə axın edir və nəticədə əsgərliyə göndərmək üçün heç kim tapılmır. Həm də nəzərə alsaq ki, Ermənistan ordusunda özbaşınalıq, qanunsuzluq hökm sürür, yerli əhali öz uşaqlarını ölümə göndərməkdən imtina edir, ordudan qaçırır.

Hər gün yerli mediada Ermənistan ordusunda “dedovşina”dan ölən əsgərlər haqda xəbərlər verilir. Təsadüfi deyil ki, baş nazir Nikol Paşinyanı ən çox narahat edən məsələ və ona qarşı kütləvi aksiyalar keçirən məhz əsgər analarıdır".

A.İmanov bəyan edib ki, Paşinyan ordudan qorxur:

"Baş nazir orduya tam nəzarət edə bilmir. Qorxur ki, onun diktator hakimiyyətinə məhz ordu tərəfindən son qoya bilər. Ona görə də özünü sığortalamaq üçün bu cür qərarlar verir. Ona lazımdır ki, yeni güc yaransın və həmin gücə ağalıq etsin".

Analitik vurğulayıb ki, Ermənistan ordusunda çox sayda problemlər var:

"Ordu zəifdir. Aprel və avqust döyüşləri bir daha bu zəifliyi nümayiş etdirdi. Ona görə də ordunu gücləndirmək üçün minbir üsula əl atılır. Adlarını “könüllü” qoyduğu adamları hətta muzdlular əvəz edə bilər. Bu variant da istisna deyil".