37 il günahsız cəza çəkdi

Həbsxanadan qurtulan adamı ilk anası qucaqladı

ABŞ-ın Florida ştatında təcavüz və qətl hadisəsinə görə 37 il həbs cəzasına məhkum edilmiş amerikalı Robert Duboisenin bu yaxınlarda günahsız olduğu sübuta yetirilib.
"Şərq" xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı Barbara Qramsın təcavüzünə və qətlinə görə həbs cəzasına məhkum edilmiş Robertin DNT testi ilə günahsız olduğu sübuta yetirilib.
Məhkumun vəkili  Varren bildirib ki, 55 yaşlı günahsız məhkumum 1983-cü ildəki çıxışında sözügedən cinayəti törətmədiyini sübuta yetirən dəlillər qəsdən gizlədilib. Lakin Nyu-Yorkda  ''Günahsızlıq Layihəsi'' çərçivəsində 11 ay davam edən iş və DNT dəlillərinin yenidən araşdırılması nəticəsində həqiqət ortaya çıxıb və ona bəraət verilib. Hazırda isə əsl cinayətkarın tapılması istiqamətində istintaq tədbirləri həyata keçirilir.
ABŞ-ın danışdığı adam həbsxanadan çıxan zaman ona ilk sarılan anası və bacısı olub.
Robert Duboise jurnalistlərə açıqlamasında indi çox rahat nəfəs aldığını, bu gün üçün hər gün dua etdiyini və ümidlə gözlədiyini deyib.
Qeyd edək ki, Florida ştatında bir yerli qəzetdə etmədiyi bir cinayətə görə mühakimə olunan Robertin 1983-cü ildə hətta edam cəzasına məhkum edildiyini, lakin hakimin daha sonra cəzanı ömürlük həbs cəzasına çevirdiyi yazılıb.