"Həyatdır, mənim də ehtiyacım ola bilər"

Gülyaz Məmmədova qadınların plastik əməliyyatlara meyilli olmasına normal baxır

Günümüzün ən aktual və müzakirələrə səbəb olan məsələlərindən biri xanımların  plastik əməliyyatlara meylinin  artması və bu proseslərdən sonra yaranan problemlərdir. 
 Artıq simasında qüsuru olan da, olmayan da estetik cərrahlara müraciət edir. Kimisi özünü hansısa məşhura bənzətməyə çalışır, kimisi komplekslərinin qurbanına çevrilərək əməliyyata ehtiyac duyur.  Bəzən isə bütün bunların sonu faciəylə nəticələnir. 

Mövzu ilə bağlı “Sherg.az”a danışan sevilən xanəndə, Xalq artisti  Gülyaz Məmmədova  heç bir estetik əməliyyat keçirmədiyini söyləyib:

“Arada şəkillərə  yazırlar, soruşurlar. Məndə estetik yoxdur,  amma pis də baxmıram.  İnsan var, görünüşü xoşuna gəlmədiyi üçün, yaxud da  çəpər əyriliyinə görə burun əməliyyatı etdirir.  Ona görə  həmin insanlara  yanlış fikir söyləmək ixtiyarını özümdə görmürəm.   Hər kəsin öz arzusu,  istəyi var.  Ehtiyac yaransa,  mən də elətdirəcəm. Hələ ki  yoxdur. İnsanların azad fikirdir. Nə deyə bilərəm?” 

Gülyaz xanım onu da qeyd edib ki, müğənnilər daim göz önündə olduğu üçün hamı bu dəbi birinci onların başlatdığını düşünür: “Amma müəllim, həkim  və sair  müxtəlif sahələrdə çalışan  qadınlar da estetik gözəlliyə müraciət edirlər. Bir, iki nəfər  deyil,  milyonları əhatə edir.   Artıq adi bir proses kimi baxılır.   

Mən  də  normal yanaşıram.  Həyatdır,  hər kəsin ehtiyacı ola bilər. Həmçinin mənim də. Elə qadın var  yaşlanır,  üzündə dəyişikliklər olur. O da gözəl görünmək istəyir, ehtiyac duyur.

Xanımlar qırışları göstərmək istəmirlər. Bütün qadınlar gözəl olmaq istəyir.  Yalan deyil ki, etiraf edək. Hamıya gözəllik və gözəl olmağı arzu edirəm”.