Paşinyanın “könüllü ordu” blefi: “Terrorçuluğu rəsmiləşdirmək istəyir”

“Düşmən Orta Şərqdəki terrorçu qrupların nümayəndələrini Ermənistan ordusuna daxil etməyə çalışır”

“Ermənistan güclü ordusu olmadığına görə, orduda həmişə xaricdəki terrorçu qruplar iştirak edib”



Ernənistanda “Müdafiə haqqında” qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən ölkədə “hərbi könüllü dəstələr”in yaradılması nəzərdə tutulur. 

Məlumdur ki, Ermənistan demoqrafik problem yaşayır və ön cəbhəyə çıxartmağa resursu yoxdur. Mərkəzi hakimiyyət orduya nəzarət edə bilmir. Bu baxımdan Paşinyan öz hakimiyyətini qoruyub saxlamaq üçün əlavə güc formalaşdırmağa çalışır.

Ermənistan ordusu zəif olduğu üçün də könüllülərin imkanlarından istifadə edilməsi məsələsi gündəliyə çıxarılır.

Qanuna dəyişikliyi “Sherg.az”a şərh edən millət vəkili Asim Mollazadə bildirib ki, düşmən Orta Şərqdəki terrorçu qrupların nümayəndələrini Ermənistan ordusuna daxil etmək istəyir.

Deputat qeyd edib ki, Ermənistan “Müdafiə haqqında” qanuna müvafiq düzəlişlər edərək indiyə qədər həyata keçirdikləri terrorçuluğu rəsmiləşdirmək istəyir:

“Ermənistan ordusu həmişə zəif olub. Ümumiyyətlə, Ermənistan güclü ordusu olmadığına görə, heç vaxt döyüşlər aparmayıb. Orduda həmişə Ermənistanın sahibləri və xaricdəki terrorçu qruplar iştirak edib.

Ona görə də indiyə kimi olan təcrübə artıq rəsmiləşdirilir”.