Ermənistan təsdiqləyir: “Demoqrafik böhran dərinləşir, cəmiyyət kriminallaşır”

Ermənistan Müdafiə nazirinin sözçüsü Şuşan Stepanyan Ermənistanda "Müdafiə haqqında” qanuna müvafiq düzəlişlər ediləcəyini deyib. Dəyişikliklərə əsasən ölkədə “hərbi könüllü dəstə”lərin yaradılması nəzərdə tutulur. Düşmən ölkə demoqrafik problem yaşadığı üçün ön cəbhəyə çıxartmağa resursu yoxdur

Paşinyan daxili siyasətdə güc faktorundan daha fəal istifadə etməyə cəhd göstərir. O hakimiyyətini qoruyub saxlamaq məqsədilə əlavə güc formalaşdırmağa çalışır. Ermənistan ordusu zəif olduğuna görə könüllülərin imkanlarından istifadə edilməsi məsələsi gündəliyə çıxarılır.



“Müdafiə haqqında” qanuna düzəlişləri “Sherg.az”a dəyərləndirən millət vəkili Musa Qasımlı bildirib ki, düzəlişlərin bir neçə mənası var. 
Onun sözlərinə görə, bir tərəfdən, Ermənistanda demoqrafik böhranın mövcud olduğu  təsdiq edilir:

“Ermənistan  Milli Təhlükəsizlik Strategiyasında da əhalinin azalması ölkə üçün təhdid olaraq qiymətləndirilir. 2016- cı ilin Aprel döyüşlərində qocaların döyüşə getmək üçün toplanmalarının şahidi olmuşduq.

Digər yandan, belə dəstələrin yaradılması erməni cəmiyyətinin kriminallaşdığını, onsuz da zəif olan dövlət hakimiyyətinin arxa plana keçdiyini göstərir. Həmin dəstələr kimlərin nəzarətində olacaq? Kim maliyyələşdirəcək?

Bundan sonra erməni cəmiyyətində cinayətkarlıq baş alıb gedəcək. Daxildə qarşıdurmalar artacaq”.