Meyxanaçılar Vüqardan danışdılar: “Toy xəbəri gözləyirdik, sən neynədin...?!”

Xəbər verdiyimiz kimi, bu gün  tanınmış meyxanaçı Vüqar Biləcəri dünyasını dəyişib. Ölüm səbəbi ilə bağlı dəqiq açıqlama olmasa da söz xridarının uzun müddətdi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Bu  xəbərdən sonra  meyxana aləmi yasa qərq olub.  “Sherg.az” xəbər verir ki, söz xridarları sosial şəbəkə hesablarında üzüntülərini  dilə gətiriblər. 



Meyxanaçı Namiq Qaraçuxurlu   özünün jüri olduğu  yarışmada iştirak edən Vüqarın videosunu paylaşaraq bunları yazıb:

“Təəssüflər olsun bu dəfə sənə 5 verə bilmədik. Sənətinlə etimadımızı tam doğrultdun, Vüqar Biləcəri. Səhhətinlə bunu bacara bilmədin. Beləliklə, meyxana sənəti növbəti sənətkarını itirdi.”


Tanınmış söz ustadı Ələkbər Yasamallı  keçirdiyi  hissləri i belə ifadə edib:

“Dildə gəlmir bu sözü deməyə Allah rəhmət eləsin, ay kərbaləyi. Həyat səni nə tez aldı aramızdan... Kaş bu xəbər yalan olaydı”.


Pərviz Bülbülə mərhum meyxanaçı ilə birgə çəkdirdiyi fotonu paylaşaraq üzüntüsünü bu cür dilə gətirib: 

“Allah sənə rəhmət eləsin, ay Vüqar. Biz toy xəbərini gözləyirdik, sən neynədin?!”