Uçan avtomobillərin 2023-cü ildə satışına icazə veriləcək

Uçan avtomobillər 2023-cü ildə real həyatda yerlərini tutacaqlar.
“Sherg.az” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə  Yaponiyanın “SkyDrive” şirkətinin rəhbəri Tomohiro Fukuzava məlumat verib. O bildirib ki, sınaq uçuşu zamanı maşınlar 1-2 metr yuxarı qalxa bilib və 5-10 dəqiqə havada qalıb. Şirkət rəhbəri vurğulayıb ki, onların 30 dəqiqə uça biləcəyi təqdirdə istehsal daha da genişləndiriləcək və 2023-cü ildə satışına icazə veriləcək.

Qeyd edək ki, təyyarələrdən və helikopterlərdən fərqli olaraq "elektrik şaquli qalxma və enmə (eVTOL)" təyyarə adlandırılan bu maşınlar şəxsi səyahətlər üçün daha sürətliliyə imkan verəcək. Həmçinin avtomatik olaraq uça bilən bu vasitələr hava limanlarındakı sıxlığı, tıxac problemini və pilot kirayə xərclərini ortadan qaldıracaq. Lakin bu avtomobillərin əngəlləri arasında batareyanın ömrü, hava nəqliyyatına nəzarət və digər infrastruktur kimi problemləri var. ABŞ professoru. Dr. Sanjiv Singh açıqlamasında bu avtomobillərin qiymətinin 10 milyon dollara başa gəldiyini bildirib.