Hər bir vətəndaşın  borcu dövlətin qanunlarına sayğı göstərməkdir

"Dövlətimiz hər zaman dinə və dindarlara yüksək qayğı göstərib"


"Azərbaycanda dini tolerantlıq yüksək səviyyədədir".
Bu sözləri "Sherg.az"a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov deyib.
İlahiyyatçı bildirib ki, ölkəmizdə dini tolerantlığın yüksək səviyyədə olmasından narahatlıq duyan bəzi qüvvələr var:

"Bir qrup şəxs daim ölkəmizdə dini ayrı seçkilik yaratmaq, məzhəb qarşıdurması salmaq arzusundadır. Şükürlər olsun ki, bu cür cəhdlərin qarşısı dərhal alınır. Hər bir vətəndaşın ümdə borcu dövlətin qanunlarına sayğı göstərməkdir. Çünki dövlət bu cür tədbirlərlə vətəndaşların sağlığını qoruyur. Bu qədər təbliğata və maariflənfirməyə rəğmən qaydalara tabe olmayanlar məsuliyyətə cəlb olunmalıdır. Dövlətimiz hər zaman dinə və dindarlara yüksək qayğı göstərib. Ölkəmizdə xeyli məscid tikilib, ibadət yerləri əsaslı təmir olunaraq müsəlmanların istifadəsinə verilib. Görülən işlərə kölgə salanların, qaydalara tabe olmaq istəməyənlərin məqsədi təxribat törətməkdir. Buna qətiyyən yol vermək olmaz".