"Hər gün itirə-itirə gedirik" - Xatirə İslam


Bu gün sosial şəbəkələrdə tanınmış müğənni Xatirə İslamın şərhi diqqət çəkib. Dünən vəfat edən meyxanaçı Vüqar Biləcərinin dəfn videosunun altına rəy yazan sənətçi üzüntüsünü dilə gətirib.

"Sherg.az" xəbər verir ki, müğənni həmin  görüntülərə bu sözləri yazıb:

"Allah rəhmət eləsin. Çox pis. Hər gün itirə-itirə gedirik. Hər səhər bir qara xəbərlə oyanırıq."