Bir qoç yarım milyon dollara satıldı


Şotlandiyada hərracda satılan qoç qiyməti ilə rekord qırıb. Heyvanın yeni sahibi ona 367.5 min funt-sterlinq, yəni 490.6 min dollar pul ödəyib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Independent yazıb.

Qəzetin məlumatına görə, İkiqat Brilyant (Double Diamond) ləqəbli qoç "teksel" cinsindəndir, ondan əsasən damazlıq kimi istifadə olunur. Qeyd olunur ki, bu cinsdən olan qoyunlar yüksək keyfiyyətli əti ilə seçilir. 

​Bundan əvvəlki rekord da elə Şotlandiyada qeydə alınıb: 2009-cu ildə bir qoyun 231 min funta satılıb.