Azəri qızı Güneldən hiddət dolu açıqlama: “...Qarşımdakını səsimlə “döyərəm”” – Kimə əsəbləşib? 

“Sizə nə mənim saçımdan, başımdan, burnumdan, ağzımdan?! İşinizə baxın!”
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram səhifəsində tanınmış müğənni Günel Zeynalova(Azəri qızı Günel) ona mənfi rəy yazanlara cavab olaraq deyib. Sənətçi fikirlərinə davam edərək bunları söyləyib:
“Videolarımın altına absurd rəylər yazmaqdan vaz keçin. Onsuz da dedikləriniz vecimə deyil. Amma bloka atmaqdan yoruldum. Yetər ! Arıqladımsa, kökəldimsə, saçımı kəsib, rəngini dəyişdimsə ürəyim belə istəyir. Heç kimə hesabat vermirəm. İstəməyən bəyənməsin, izləməsin. Söhbət sənətdən gedirsə, qarşımdakını səsimlə döyərəm. Həyat mənimdir, istədiyim kimi yaşayaram. Heç kim başqasının həyatını mühakimə edəcək qədər məsum deyil. “