Həkimdən “Bu şəhərdə”nin parodiyasına REAKSİYA: “Özümü tanıyıram, sözümü də deyirəm” - Video

“Kimin nə deməyindən  asılı olmayaraq,  öz  düşüncələrimi televiziyadan birbaşa deyirəm”


Xəbər verdiyimiz kimi  “Bu şəhərdə” ailəsi yenidən fəaliyyətə başlayıb.  Sosial izoliyasiya qaydalarına əməl edərək tamaşalar səhnələşdirən  aktyorlar – Rafael İskəndərov və Coşqun Rəhimov hər həftə  tanınan simaları parodiya edir. 
Onlar tanınmış ziyalı, həkim  Rəşid Mahmudovun da obrazını canlandırıblar. 
“Sherg.az”da səhnəciklə bağlı Rəşid müəllimin təəssüratlarını öyrənmək üçün onunla əlaqə saxlayıb.  Proffessor sözügedən tamaşadan xəbəri olmadığını bildirib:
“Kitab yazıram onunla məşğulam. Səhvlərimi düzəldirəm.  Özü də mənim sadə, balaca telefonum var. Orda  da baxmaq olmur”.

R.Mahmudov  sözlərinə davam edərək bunları söyləyib:

“Elə şeylər olub, mənə qarşı qoyublar.  Verlişdə  bir qız dedi ki, sizin sözlərinizə inanmıram.  Caavb verdim ki, elmdən danışıram.  Elm onu sübüt  edib.  Yəni siz “OM” qanununa da inanmaya bilərsiniz. Onlar da öz fikirlərini  deyir, desinlər.  Mən özümü yaxşı tanıyıram və sözümü də deyirəm.
Kimin nə deməyindən asılı olmayaraq, öz düşüncələrimi televiziyadan birbaşa deyirəm”.