“Digər xalqlara nifrət Ermənistanda dövlət siyasətidir” - Faşizm ideologiyası...

“Başçılar dəyişsə də, bir partiya digərini əvəz etsə də, rəsmi siyasət dəyişmir”

Ermənistanda faşizm ideoligiyası artıq dövlət siyasətinə çevrilib. Njde, Dro kimi faşistlər Ermənistanda qəhrəmanlaşdırılır, bu anti-bəşəri fəaliyyət dövlət siyasəti səviyyəsində icra edilir. Nikol Paşinyan da öz sələflərinin siyasətini davam etdirərək, faşistlərin qəhrəmanlaşdırılmasına bəraət qazandırır. Ermənistan hakimiyyətində təmsil olunan bir çox yüksək vəzifəli şəxslər faşistlərin nəsillərinin davamçılarıdır, onlar ailə bağları ilə faşizm ideyalarına sadiqdir, bu xislətləri ilə fəxr edirlər. N.Paşinyanın babası da faşist olub.

Onun irqi amilə görə yəhudilərin kütləvi şəkildə məhv edilməsində iştirak etməsinə dair əsaslı faktlar da var. Təsadüfi deyil ki, o, sələflərinin xəttini davam etdirərək cəbhə bölgələrində azərbaycanlı mülki əhalinin, yaşayış məntəqələrinin davamlı olaraq atəşə tutulmasında xüsusi fəallıq göstərir. 2020-ci ilin iyul döyüşləri də bunu bir daha  sübut edir.

 Ermənistandandakı bu siyasətlə, faşizmlə bağlı “Sherg.az”a danışan millət vəkili, professor Musa Qasımlı bütün dünyanın bildiyi həqiqətləri tarixi faktlarla əsaslandırıb:

 “Ermənistanın baş naziri Nikol Paşinyanın faşizm ideologiyasını təbliğ etməsi və neofaşizm siyasətini yürütməsi təsadüfi olmayıb, dərin kökləri var. Hər şeydən əvvəl, hələ dövlətə malik olmadıqlarından əvvəl – XIX əsrin sonlarında ermənilərin qurduqları terror-siyasi təşkilatların proqramlarında digər xalqlara nifrət hissi aşılayan fikirlər var idi. 1918-ci ildə bizim tarixi torpaqlarımızda qurulan Daşnak Ermənistanının dövlət siyasəti şovinizm, irqçilik oldu. Dövlət və hökumətdə müxtəlif vəzifələri əsasən terrorçular tutdular.

Onların biri Qaregin Ter-Arutunyan, yəni Nijde idi. Sovet işğalından sonra xaricə qaçan Nijde  nasional-sosialistlərin, faşistlərin lideri Hitlerin “Mənim mübarizəm” kitabından ideya oğurlayaraq erməni millətçiliyi nəzəriyyəsi olan çexakronizmi yaratdı, faşistlərlə əməkdaşlıq edərək yəhudilərin, slavyanların və digər xalqların öldürülməsində bu və ya başqa formada iştirak etdi. Yəhudilərin xolokostunda onun əli var.

Ona görə də bu gün Ermənistanda Nijdeyə və digər terrorçulara abidə qoyulmasına, adlarına küçə və prospektlər, orden və medalların olmasına, faşizmin təbliğinə təəccüblənmək lazım deyil. Ermənilərin milli qəhrəmanları terrorçu, uşaq qatili və başkəsənlərdir.

Ermənistan hakimiyyəti kimlərə abidə qoymalı idi ki? Ona görə də faşistlərlə əməkdaşlıq edənlərə abidələrin qoyulması və faşizmin qəhrəmanlaşdırılması, müvafiq mövzuların dərsliklərə daxil edilməsi, erməni faşizmi, digər xalqlara nifrət Ermənistanda dövlət siyasətidir.

Başçılar dəyişsə də, bir partiya digərini əvəz etsə də, rəsmi siyasət dəyişmir.

Əvvəlki baş nazirlərdən bu məsələdə Paşinyanın bir “üstünlüyü” vardır. Verilən məlumatlara görə, onun babası həm də faşistlərlə əməkdaşlıq edib. Deməli, gendən, qandan gələnlər, aldığı tərbiyə, təhsili,  böyüyüb başa çatdığı mühit bir-biriləri ilə daha sıx çulğalaşıb və nəticədə davam edən dövlət ənənəsinə çevrilib.

Belə baş nazirdən başqa nə gözləmək olar? Ermənistanda hər hansı anti-faşist hərəkət olsaydı, onda təəccüb doğurardı”.