“Parlament partiyası olmaq istəyirik”- Nurullayev iddialıdır

Bu gün Milli Cəbhə Partiyası(MCP) rəsmi dövlət qeydiyyatına alınıb. MCP-nin qeydiyyata alınması haqqında sertifikat ədliyyə nazirinin müavini  Toğrul Musayev və nazirliyin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədovla keçirilən görüşdə təqdim edilib:
Bu barədə “Sherg.az”a danışan həmin partiya sədri, millət vəkili Razi Nurullayev gələcək planlarını açıqlayıb: 

“Bizim bir məqsədimiz var. Parlament pariyası olmaq istəyirik. Qış sessiyasının iclasında bu məsələ müzakirə ediləcək. Həmçinin partiya daxilində struktur dəyişiklikləri olacaq, beynəlxalq əlaqələr güclənəcək və ideologiya tam müəyyənləşəcək”.