TƏCİLİ ! - “Rusiya Ermənistanın arxasındadır” - Yeni hücum planı...!    

“Paşinyan gözəl anlayır ki, Rusiyanın hərbi dəstəyi olmadan yeni münaqişəyə cəhd edə bilməz”

“Paşinyan "oyun oynayır" və Rusiyanın planlarını həyata keçirmək istiqamətində işlər görür”


Nikol Paşinyanın Qarabağa növbəti səfəri Ermənistanın Azərbaycana qarşı yeni hücum planları, növbəti təxribat fəaliyyətinə başlamaq niyyətini göstərir. Paşinyan Qarabağa səfərində əsasən hərbi obyektlərdə olub, oradakı vəziyyətlə maraqlanıb.

Cəbhənin Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində təxribat törətməkdə fərqlənmiş erməni hərbiçilərinin Paşinyan tərəfindən mükafatlandırılması, hətta onlardan birinə “Milli Qəhrəman” adını təqdim etməsi İyul döyüşlərindən sonra Ermənistan ordusundakı ruh düşkünlüyünü aradan qaldırmağa hesablanıb.

Paşinyan və ailə üzvlərinin adı mafiyalar qurmaqda, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır. Onun Qarabağa səfəri də ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qeyri-qanuni istismarındakı payını götürmək niyyəti daşıyır. Təsadüfi deyil ki, Paşinyan Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksində də olub.



Millət vəkili Asim Mollazadə “Sherg.az”a açıqlamasında Ermənistanın yeni təxribatlara hazırlaşdığını deyib.
Parlamentari vurğulayıb ki, Rusiyanın Ermənistanı silahlandırması o deməkdir ki, hər zamankı kimi ermənilərin arxasındadır:

“Paşinyan gözəl anlayır ki, Rusiyanın hərbi dəstəyi olmadan yeni münaqişəyə cəhd edə bilməz. Paşinyan “oyun oynayır” və Rusiyanın planlarını həyata keçirmək istiqamətində işlər görür. Məsələn Tovuzda sonra da Goranboyda təxribatlar törədildi.

Beləliklə, Azərbaycanın beynəlxalq layihələrini dayandırması üçün Paşinyan bir vasitə kimi istifadə olunur. Ermənistan heç vaxt müstəqil qərarlar verməyə qadir deyil.

Çünki Ermənistan adlanan ərazidə məhz hərbi baza komplekslərindən hər zaman oyunlarda istifadə olunub. Rusiya yenə də gələcək planlarında Ermənistandan istifadə edəcək”.