Balaəli Vüqar Biləcərinin ölüm səbəbini AÇIQLADI - Çağlayan şairin həzin sonu...

“Vüqarı ayağındakı yara  apardı”

“Şəkər xəstəliyi olduğu üçün mərhumun ayağındakı yara sağalmayıb”

 
“Çoxdandır, Vüqarın ayağında yara var idi, sağalmırdı.  Bəlkə də, biz bilmirik,  hər halda ekspertiziyada baxıblar.”
Bu sözləri “Sherg.az”a açıqlamasında tanınmış meyxanaçı Balaəli Maştağalı mərhum dostu söz üstadı Vüqar Biləcərinin ölüm səbəbi ilə bağlı danışarkən söyləyib. Balaəli bəyin, zənnincə şəkər xəstəliyi olduğu üçün mərhumun ayağındakı yara sağalmayıb:

 “Dəqiq bilmirəm. Amma yara qanqrenaya çevrilib. Ciyərində də xəstəlik var idi, ayağındakı irinləmə ona da təsir göstərib. Ekspertizada   ölüm səbəbini zəhərlənmə yazıblar.  Laxtalanmış qan bədəninə  yayılıb. Vüqarı ayağındakı yara  apardı”.

Məlumat üçün qeyd edək ki, söz xridarı Vüqar Biləcəri bir neçə gün öncə vəfat edib.  32 yaşlı şairin qəfil ölümü həm meyxana aləmini həm də meyxanasevərləri dərindən sarsıb.