Ağakərimin bacısı oğlu: “Lazımlı adamları tanıyır, lazımsızları isə yox!” – Yalan danışırlar!

“Ağakərim pisdir. Bizə dua etmək, Allahdan ona şəfa diləmək qalıb. Onun yanına gedib-gələndə çox pis oluram. Övladlarımı aparıram ki, gedin halını soruşun gəlin. Özüm də oturub maşında gözləyirəm. Ürəyim kövrəkdir, onu elə görə bilmirəm”. Bu sözləri yaxın günlərdə “Bağ mövsümü” proqramında qonaq olan meyxanaçı Ağamirzə Məmmədov həmkarı, dostu Ağakərimin səhhəti ilə bağlı söyləyib.

“Sherg.az” da söz xridarının son sağlıq durumunu öyrənmək məqasədilə onun bacısı oğlu Rüstəm bəylə əlaqə saxlayıb. O sənətkarın səhhəti ilə bağlı bunları deyib:

 “O xəbərlərdə düz yazmırlar. Deyirsən ki, belədir. Götürüb başqa cür təqdim edirlər. Adam çaşbaş qalır ki, nə desin. Vəziyyəti normaldır, kritik deyil. Yataq xəstəsidir. Onu ağır kimi də qəbul edirlər.
Amma bu bir ay, beş gün deyil ki... 3-4 aydır halı belədir. Vəziyyəti ciddidir, bü günə-sabah dünyasını dəyişəcək desəm yalan olar.. Elə bir şey yoxdur.
Həmişəki kimi müalicə alır, dərmanlarını içir. Bir də yazırlar ki, yaddaşı yoxdur, heç kimi tanımır. Yalandır. Məsələn gedirəm mənlə danışır. Lazımlı adamları tanıyır, lazımsızları tanımır”.

Qeyd edək ki, tanınmış meyxanaçı Ağakərimin 2017-ci ildə beyninə qan sızıb.