“Ermənistanda faşizm dövlət siyasətinə çevrilib” - Açıqlama

“Düşmən ölkə bir çox yüksək vəzifəli şəxs faşistlərin nəsillərinin davamçılarıdır”

“Onlar bu xislətləri ilə fəxr edirlər”

Ermənistan hakimiyyətinin faşist xisləti çoxlarına bəllidir. Bu ölkədə faşizm ideologiyası dövlət siyasətinə çevrilib. Njde, Dro kimi faşistlər Ermənistanda qəhrəmanlaşdırılır, bu anti-bəşəri fəaliyyət dövlət siyasəti səviyyəsində icra edilir.

Nikol Paşinyan da öz sələflərinin siyasətini davam etdirərək, faşistlərin qəhrəmanlaşdırılmasına bəraət qazandırır. N.Paşinyanın babası da faşist olub, onun irqi amilə görə yəhudilərin kütləvi şəkildə məhv edilməsində iştirak etməsinə dair əsaslı faktlar var.

Düşmənin faşist siyasətini kəskin pislədiyini deyən “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyinin təsisçisi Ramiz Əliyev “Sherg.az”a söyləyib ki, Ermənistanın təxribat xarakterli son addımları bir daha bu ölkənin faşizm ideologiyasına xidmət etdiyini isbatlayır:

“Beynəlxalq təşkilatlar ermənilərin bu siyasətinə dair susqunluq göstərməklə, neytrallıqlarını qorumaq istəyirlər. Ermənistan niyyətini çox yaxşı şəkildə maskalaya bilir. Onların faşizm ideologiyası dövlət siyasətinə çevrilib. Bu gün Ermənistan hakimiyyətində təmsil olunan bir çox yüksək vəzifəli şəxs faşistlərin nəsillərinin davamçılarıdır. Onlar bu xislətləri ilə fəxr edirlər”.