Saçınız tökülür? - Yaşıl qoz qabığı köməyinizə çatacaq

"Yaşıl qoz qabığı əvvəlki dövrlərdən bu günə qədər insan sağlamlığı baxımından bir çox xəstəlik və dərmanın müalicəsində istifadə edilib. Onun tərkibində protein, fosfor, maqnezium, lif, omeqa yağ turşuları, selenyum, mis və dəmir kimi minerallar var.

Yaşıl qoz qabığı dırnaq, saç baxımı və dəri baxımında çox vacib bir kosmetik məhsuldur. O həmçinin soyuqdəymə və öskürək üçün də çox faydalıdır".

Bu sözləri həkim fizioterapevt-reabilitoloq Ramin Quliyev şəxsi "Facebook" səhifəsində yazıb. Həkim qeyd edib ki, yaşıl qoz qabığı bağırsaqda əmələ gələn qurdların müalicəsində də mühüm rol oynayır:

"Canlı orqanizmdə qurdların tökülməsi üçün onu  suda qaynadıb gündə 2-3 stəkan içmək lazımdır. Yaşıl qoz qabığının suyu D vitamini çatışmazlığının səbəb olduğu raxit, diabet xəstələri, dəridəki sızanaq və ləkələr üçün faydalıdır. Onun suyu saç tökülməsinin qarşısını alır, zədələnmiş saçları bərpa edir, həmçinin onları kəpəkdən azad edir və saçlar daha parlaq olur" .