Kamil Zeynallıdan ATMACA: “Hər şalvar geyinən kişi olmadığına görə…” - VİDEO

“…Hər silah tutan da əsgər olmur”


“Çox adam müharibə olmağını istəyir. Maşallah olsun əksəriyyət könüllü döyüşə getmək arzusundadır. Amma hər şey göründüyü kimi deyil”.
“Sherg.az” xəbər verir ki, bu sözləri tanınmış məşqçi Kamil Zeynallı İnstaqram səhifəsində yazıb.
O silahla məşq etdiyi dəqiqələrin videosunu paylaşaraq bunları deyib:

“Silahı hamı əlində saxlaya bilər. Əsas onu çalışdırmaq, onunla rəftar etməkdir. Vacib olan düzgün nişan almaqdır. Silahdan atəş açmaq çox insana asan gəlir. Amma düşündüyünüz kimi deyil. Ona görə də arada  poliqonlara gedin ki, sabah kiminsə yanında əlinizə silah alanda üzüağ olasınız. Hər şalvar geyinən kişi olmadığına görə, hər silah tutan da əsgər olmur”.