Ermənilərin natamamlıq kompleksi: “Faşizm, şişirdilmiş tarix...”

Ermənistanda faşizm ideologiyası artıq dövlət siyasətinə çevrilib. Njde, Dro kimi faşistlər Ermənistanda qəhrəmanlaşdırılır, bu anti-bəşəri fəaliyyət dövlət siyasəti səviyyəsində icra edilir. Nikol Paşinyan da öz sələflərinin siyasətini davam etdirərək, faşistlərin qəhrəmanlaşdırılmasına bəraət qazandırır. Ermənistan hakimiyyətində təmsil olunan bir çox yüksək vəzifəli şəxslər faşistlərin nəsillərinin davamçılarıdır, onlar ailə bağları ilə faşizm ideyalarına sadiqdir, bu xislətləri ilə fəxr edirlər. N.Paşinyanın babası da faşist olub.

Onun irqi amilə görə yəhudilərin kütləvi şəkildə məhv edilməsində iştirak etməsinə dair əsaslı faktlar da var. Təsadüfi deyil ki, o, sələflərinin xəttini davam etdirərək cəbhə bölgələrində azərbaycanlı mülki əhalinin, yaşayış məntəqələrinin davamlı olaraq atəşə tutulmasında xüsusi fəallıq göstərir. 2020-ci ilin iyul döyüşləri də bunu bir daha  sübut edir.
 Bu barədə “Sherg.az”a danışan tarixçi-alim, dosent Faiq Ələkbərli ermənilərin qatı millətçi olduğu qənaətindədir: 
“Erməni faşizmi onlardakı radikal millətçilik kimi başa düşülməlidir. Onlar maraqlarını radikal formada ifadə edirlər. 
Təbii ki, bu, yaxşı hal deyil. Həm özlərinə, həm də digər cəmiyyətlərə ziyandır. Millətçiliyin belə ifrat olması erməni cəmiyyətindəki natamamlıq kompleksinin təzahürüdür. Onlar özlərini ifadə edə bilmirlər, tarixlərini şişirdirlər".