Van Qoqun məşhur tablosu 1.6 milyon avroya satıldı

Hollandiyanın Den Bosç kəndində yerləşən Şimal Brabant muzeyi tanınmış rəssam Vincent van Qoqun "Qadın başı" adlı tablosunu Londonunun Kristies Muzey Evindən 1,6 milyon avroya satın alıb.

"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, muzey uzunmüddət bu tablo ilə maraqlanıb. Muzeydən verilən məlumata görə, kəndli bir qadının portretini əks etdirən bu tablo rəssam tərəfindən  Brabatanda yerləşən  Nuen kəndində 1884-cü ilin noyabr ayından 1885-ci ilin mayına qədər çəkilib. Tanınmış rəssam bu kənddə yaşadığı müddətdə  fermada çalışan qadınlarla, xüsusilə də, ferma həyatını təmsil edən xaraktersiz üz xətlərinə sahib insanlarla yaxından maraqlanıb. BBC Türkiyənin müxbiri Yusuf Özkan apardığı araşdırmalar zamanı bildirmişdir ki, rəsmdəki bilinməyən qadın tanınmış rəssama olduqca təsir etmişdir. Bu səbəbdən də Van Qoq bir neçə işlərində o qadının surətindən istifadə etmişdi. 

Qeyd edək ki,  "Qadın başı"tablosu sentyabrın 6-dək muzeydə nümayiş olunacaq.