Şeyx Əbdülün müalicəsi davam edir

Bir müddət öncə tanınmış rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problem yaranıb. Özünün verdiyi açıqlamaya görə mədə-bağırsaqla yanaşı bronxlarından da müalicə olunur.
“Sherg.az”da Şeyxin son sağlıq durumunu öyrənmək üçün onunla əlaqə saxlayıb. O, müalicəsinin Heydər Əliyev Fondunun ciddi nəzarəti altında davam etdiyini bildirib:

“Sağ olsunlar, hörmətli Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondu. Müraciət edən kimi təcili baxdılar.

Üç ay ərzində ancaq analizlər verirdim.

Xəstəliyin səbəbini axtarırdıq. Hərə bir söz deyirdi. 10-a yaxın həkim dəyişdim. Bir neçə klinikada analizlər verdim.Müalicəmə başlanılıb. Görək nəticəsi necə olacaq. Göstərdikləri xüsusi qayğıya görə Heydər Əliyev Fonduna təşəkkür edirəm”.