Nura evində bədən yağı hazırlayır: "Sifariş üçün varlılar yazsın"

Koronavirus infeksiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimində vaxt keçsin deyə hamı evdə bir işlə məşğul oldu. Kimisi evdən öz işini davam etdirdi, kimisi də özünə yeni məşğuliyyətlər tapdı.

Daim göz qabağında olan məşhurlarımız isə bu dövrdə yiyələndikləri yeni bacarıqları izləyiciləri ilə bölüşür, zaman-zaman tövsiyələr də verirlər.
 Müğənni Nura Suri də həmin məşhurlardandır.

O, karantin müddətində sosial şəbəkələrdəki statusları, paylaşımları ilə diqqət çəkməyi bacarıb.
Son statusu da izləyicilərin marağına səbəb olub.

“Sherg.az” xəbər verir ki, sənətçi rəsmi feysbuk səhifəsində karantin dövründə evdə yağ hazırlamasından yazıb:

“Deməli, karantin yeni başlayanda evdən çıxmırdım. Boş qalmayım deyə özüm bitki yağı düzəltmək qərarına gəldim. 
1 litr yağ hazırlamaq üçün 1-2 ay vaxt və 10 kq, bəlkə də çox gül istifadə etdim. Bədənimə krem əvəzi istifadə edirəm, dərim uşaq dərisi kimidir. 
Heç bir bahalı krem belə nəticə verə bilməz. Həm də müalicəvidir. Gələn ilə sifariş götürəcəm. Bahalı olacaq. Sifariş üçün varlılar yazsın”.