Tolik Aynişana hiddətləndi ? - “Bir gün ağzım açılacaq!” - Foto

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva bir müddətdir ki, boşanma xəbərləri ilə müzakirələrə səbəb olur. Məşqçi Kənan Əli ilə toyu həftələrlə danışılan Aynişanın hər sözü gündəmə bomba kimi düşür.
Bu gün isə boşandığı iddia edilən məşhur həmin xəbərləri bir daha təkzib edib. İnstaqram səhifəsində izləyicisinin “Deyirlər boşanmısız, bu düzdür ?” sualını belə cavablandırıb: “Biz belə söz deməmişik. Doğru xəbər deyil.” 

Nəticədə Aynişanın bu sözləri istər sosial şəbəkələrdə, istərsə də müxtəlif saytlarda  xəbər mövzusuna çevrilib. Məsələyə sərt reaksiya verən tanınmış aparıcı, prodüser Tarix Əliyev(Tolik) sosial şəbəkə hesabında hiddətini dilə gətirib.

“Sherg.az” xəbər verir ki, o İnstaqramın hekayə bölümündə bu sözləri yazıb:

“Bu gün ölkə gündəmi: “Biz ayrılmamışıq, yalandı” Bezdik artıq. Vallah insanlar bu xəbərlərdən iyrənir. Bir gün ağzım açılacaq!”
Qeyd edək ki, dünən tanınmış müğənni Gülay Zeynallı ilə məşqçi Kamil Zeynallının da boşanma xəbərləri yayılıb.