Belarusda islahat ! - “Lukaşenko dəyişikliklər etməyə məcburdur” – Xalqla hesablaşmaldır !

Belarus Prezidenti Aleksandr Lukaşenko dövlət orqanlarında kadr islahatı aparıb. O, Təhlükəsizlik Şurasına  (TŞ) yeni dövlət katibi və Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) yeni rəhbər təyin edib.


Məlumdur ki, Lukaşenkonun yenidən prezident seçilməsi Belarusda etirazlara səbəb oldu. Davamlı aksiyalar keçirildi, yüzlərlə insan küçələrə axın etdi. Gərgin hadisələrdən sonra Belarusda dərin islahatların olub-olmamasına dair suallar meydana çıxır. 

Maraqlıdır, Lukaşenkonun kadr islahatı sadəcə bir “közə kül üfürmə” ola bilərmi?



Prosesləri “Sherg.az”a şərh edən politoloq Əhəd Məmmədli Lukaşenkonun bu addımının blef olduğunu düşünmür.

Analitikin sözlərinə görə, Belarusdakı aksiyaların nə ilə nəticələnəcəyi hələ bilinmir:

“Lukaşenko prezidentliyini qoruyub saxlasa belə, heç nə əvvəlki kimi olmayacaq. Çünki onun hakimiyyətində ciddi dəyişikliklər olmalıdır. Lukaşenko bu dəyişiklikləri etməklə həm də kütləni sakitləşdirər.

İnsanlara deyə bilər ki, ciddi islahatlar aparılacaq və xalqın istəyi nəzərə alınacaq”.

Lukaşenkonun kadr islahatlarına davam edəcəyini deyən Ə.Məmmədli Belarusda ciddi hadisələrin cərəyan etdiyini vurğulayıb:

“Düzdür, həmişə Lukaşenkonun hakimiyyətdə qalmağından yana olmuşam. Çünki etiraz edən kütlənin çoxluğu heç də düzgün deyil. Amma xalq nəyisə istəmirsə, Lukaşenko hansısa dəyişikliklər etməyə məcburdur”.