4 ölkəni və 95 şəhəri gəzdi - 1 qəpik xərcləmədi

Avtostopla Türkiyə turuna çıxan Rabia Saçıkara bir çox şəhərləri pulsuz ziyarət edib.
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  4 il bundan əvvəl Antalyada memarlıq peşəsini buraxaraq səyahət etmək qərarına gələn 25 yaşlı gənc qız indiyədək düz 4 ölkəni və  95 şəhəri pulsuz səyahət etdiyini deyib. O, bütün xəyallarını təxirə salaraq Türkiyənin bütün yerlərini gəzmək istədiyini və bu planının hər şeydən öndə olduğunu söyləyib: "Yaxşı reaksiyalar alıram.

Çünki insanların çoxunun etmək istədiyi, lakin edə bilmədiklərini edirəm. Sərbəst bir insanam və həyatı hiss etdiyim kimi yaşamaq istəyirəm. Buna görə işimi, bir çox istəklərimi  geridə qoydum və yola çıxdım.

Səyahət etdiyim yerlərdə maraqlı vəziyyətlərlə qarşılaşıram. Avtostopla mənə yol tamamilə pulsuz gəlir. Arada bir dağlara da çıxıram. Növbəti hədəfim Nemrut və Ağrı dağıdır. Əsas məqsədim isə dünya turuna çıxmaqdır".