Təranə Qumraldan Musa Musayevə: "...Sirdaşım, dərd ortağım"

Təranə Qumral həyat yoldaşını təbrik edib
Tanınmış müğənni Musa Musayevin doğum günüdür. 
“Sherg.az” xəbər verir ki, bu münasibətlə həyat yoldaşı Təranə Qumral onu İnstaqram hesabında təbrik edib:       
“Ey mənim əzablı yollarımın yoldaşı, dostum, sirdaşım, dərd ortağım, baş yoldaşım. Arxadan gələnlər, öndən gedənlərin nə əzablarla yolu açdığını bilməzlər. Bu gün sənin doğum günündür”.